Press "Enter" to skip to content

Vətənpərvərlik layihəsi icra edilir

Məktəblilər Vətənə məhəbbət ruhunda tərbiyə edilir

Son yeniləmə: 25 Oktyabr 2023 12:29

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinin icrasına başlayıb.

İdarədən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir: “Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulub. İstedadlı şagirdlər tərəfindən Vətənimizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, Qarabağa həsr olunan tədbirlərin və görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşlərinin keçirilməsi planlaşdırılıb”.

Bildirilib ki, “bundan əlavə, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil ediləcək. “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümuləri və digər layihələrin hazırlanması həyata keçiriləcək. Həmçinin layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması da nəzərdə tutulub. Qeyd edək ki, layihədə ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edə bilərlər”.

Mission News Theme by Compete Themes.