Press "Enter" to skip to content

Seçki tarixləri ilə bağlı müzakirələr davam edir

Quzey Makedoniyada seçkilərdir

BAYRAQDAR MEDİA – 2024-cü ildə Quzey Makedoniyada keçiriləcək prezident və parlament seçkilərinin tarixlərinin müəyyənləşdirilməsi ilə bağlı iqtidarla müxalifət arasında müzakirələr davam edir.

Yeni Balkan xəbər verir ki, müxalifət hər iki seçkinin eyni gündə keçirilməsinin tərəfdarıdır, hökumət isə işçi qrupların bu məsələni müzakirə etməli olduğunu müdafiə edir.

Ana müxalifətin VMRO-DPMNE lideri Kristian Mickoski baş nazir Dimitar Kovachevskiyə zəng edərək, seçki tarixinin bir an öncə müəyyənləşdirilməsini təklif edib.

Hakim SDSM sözçüsü Darko Kaevski İSƏ bildirib ki, partiya olaraq seçki tarixlərinin işçi qrupların aparacağı danışıqlar nəticəsində müəyyən edilməli olduğunu düşünürlər.

Mission News Theme by Compete Themes.