Son yeniləmə: 25 Oktyabr 2023 10:10
BAYRAQDAR MEDİA – Oktyabrın 25-26-da Özbəkistanın Səmərqənd şəhərində Koordinasiya Komitəsinin 42-ci iclası və Orta Asiya Elektrik Enerjisi üzrə Koordinasiya Şurasının 40-cı iclası keçiriləcək.
Türkmenportal.com saytı xəbər verir ki, Türkmənistan nümayəndə heyəti də orada iştirak edəcək. Bu barədə Özbəkistan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, forumda Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın energetika nazirliklərinin və müvafiq qurumlarının aparıcı ekspertləri iştirak edəcəklər.
İclasda Orta Asiya regionunda 2023-2024-cü il payız-qış mövsümünə hazırlıq, bu sahədə görülən işlər, nöqsanlar və onların aradan qaldırılması üçün qəbul edilmiş həll yolları hərtərəfli təhlil ediləcək.