Press "Enter" to skip to content

“Mövcud problemlər işığında Kıbrız və onun gələcəyi”

Mərasim zamanı

Son yeniləmə: 25 Oktyabr 2023 12:04

BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı prezidenti Ersin Tatar Afyon Kocatepe Üniversitetinin (AKÜ) 2023-2024-cü tədris ili açılış mərasimində iştirak edib. O, açılışda “Mövcud problemlər ışığında Kıbrıs və gələcəyi” mövzusunda mühazirə oxuyub.

KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, AKÜ Atatürk Konqres Mərkəzində keçirilən mərasimdə E.Tatara universitet tərəfindən fəxri doktorluq diplomu da təqdim edilib: “Proqrama Afyonkarahisar valisi Dos. Dr. Kübra Güran Yiğitbaşı, İl Təhlükəsizlik Müdiri Mahmud Ay, Bələdiyyə Başçısı Mehmet Zeybek, AKÜ rektoru Mehmet Karakaş, AK Partiya millət vəkilləri Həsən Arslan və İbrahim Yurdunuseven, İYİ Partiya Millət vəkili Hakan Şeref Olgun və il protokolu qatılıb”.

Ersin Tatara universitet fəxri doktorluq diplomu təqdim edilməsi mərasimi tələbələrin “Kıbrıs türkdür, türk olaraq qalacaq” şüarlarının müşayiəti ilə keçib.

Qeyd olunub ki, E.Tatara fəxri doktorluq universitet senatının qərarı ilə onun KKTC-nin müstəqillik davasının uğurunda, beynəlxalq dairələrdə layiqincə və qətiyyətlə təmsil olunmasındakı fəal fəaliyyətinə və KKTC-nin dövlət quruculuğuna verdiyi mühüm töhfələrə görə verilib.

Mission News Theme by Compete Themes.