Press "Enter" to skip to content

Kitab tanıtma: “Dünyanı bəzəyən Abbasın tarixi”

Dünyanı bəzəyən Abbasın tarixi

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Səfəvi tarixçisi, şair, xəttat İsgəndər bəy Münşi Türkmanın “Dünyanı bəzəyən Abbasın tarixi” (Tarixe-alemaraye-Abbasi) kitabı da var.

Kitab AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunub.

Bu nəşr Azərbaycan tarixini öyrənmək üçün qiymətli bir mənbədir. İ.Münşi Şah Abbasın sarayında xidmət edib və bu əsərini fars dilində yazıb. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad ediblər. Əsərin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı tərəfindən Azərbaycan dilinə tərcümə olunub və 2009-cu ildə nəşr edilib. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi baxımından çox mühüm hadisədir.

Qeyd edək ki, layihənin rəhbəri, redaktor və ön sözün müəllifi Əməkdar elm xadimi, Prof. Yaqub Mahmudov, fars dilindən çevirən Prof. Şahin Fərzəliyev, rəyçilər isə Prof. Vasim Məmmədəliyev, Prof. Vaqif Piriyev və filologiya üzrə fəlsəfə doktoru Tofiq Cahangirovdur.

Mission News Theme by Compete Themes.