Press "Enter" to skip to content

İran-Ermənistan işbirliyi Araz çayını təhlükədir

İran və Ermənistan Araz çayı üzərində yeni körpü tikəcək

Son yeniləmə: 25 Oktyabr 2023 09:59

BAYRAQDAR MEDİA – Quzey Azərbaycanla Güney Azərbaycanın sərhədini təşkil edən Araz çayı üzərində yeni körpü tikəcək İran və Ermənistan, o körpünün tikintisi üçün işçi qrup yaradacağını açıqlayıb.

Kirim Haber Ajansı xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən İranın nəqliyyat və şəhərsalma naziri Mehrdad Bəzrpaş, mövcud körpünün idarəetmə qabiliyyətinin artan nəqliyyat sıxlığına cavab vermədiyini bildirib.

Nazir açıqlamasında həmçinin, “İkinci körpünün tikintisi ikitərəfli iqtisadi əlaqələri canlandıracaq” deyib.
Son aylarda Ermənistanda yerləşən və dünyada atom elektrik stansiyaları arasında ən təhlükəli obyekt sayılan Metsamor Atom Elektrik Stansiyasından Araz çayına radioaktiv maddələrin atıldığı və Güney Azərbaycan türklərinin İranın çirklənməyə biganəliyi nəticəsində zəhərləniblər.

Araz çayına atılan sənaye tullantılarının yaratdığı çirklənmə nəticəsində Güney Azərbaycanın Ərdəbil şəhərində mədə xərçəngindən ölüm halları İranda orta ölüm göstəricisinin 5 qatına yüksəlib.

Mission News Theme by Compete Themes.