Press "Enter" to skip to content

İki yerüstü piyada keçidi – VİDEO

Keçidlərin tikintisi zamanı

Son yeniləmə: 25 Oktyabr 2023 16:38

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Qurumun bununla bağlı məlumatında deyilir ki, Agentlik tərəfindən tədbirlər çərçivəsində daha iki layihənin icrasına başlanılıb: “Belə ki, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262 və 266-cı km-lik hissələrində yerüstü piyada keçidləri inşa olunur.

Qeyd edək ki, hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır. Avtomobil yolunun 262-ci km-də inşa edilən yerüstü piyada keçidinin ümumi uzunluğu 46.8 metr, eni 3.3 metr, pilləkənlərin eni 3.0 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir. Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq”.

Qeyd edilir ki, Agentlik tərəfindən avtomobil yolunun 266-cı km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 45 metr, hərəkət hissəsinin eni 3.3, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir: “Hazırda keçidlərdə svay işləri aparılır. Hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görüləcək. Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir”.

Mission News Theme by Compete Themes.