Press "Enter" to skip to content

Əmək müqavilələrinin sayı artıb

BAYRAQDAR MEDİA – Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 24 min müqavilə və ya 1,4 faiz artaraq 1 milyon 770 minə çatıb. Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin 9 ayında əməkhaqqı fondunda daha 12 faiz artım qeydə alınıb. Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,6 dəfə artım baş verib”.

Mission News Theme by Compete Themes.