Press "Enter" to skip to content

“El bilir ki, sən mənimsən” adlı tədbir olacaq

El bilir ki, sən mənimsən

BAYRAQDAR MEDİA – Oktyabrın 27-si saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu qurumun və Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi olan Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı tədbir keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin rejissoru Əməkdar artist Nicat Kazımovdur. Gecədə teatrın aktyorları Xalq şairi Səməd Vurğunun “Azərbaycan” poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən örnəklər səsləndirəcəklər. Bundan əlavə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri müxtəlif səpkili rəqslər təqdim edəcəklər”.

Qeyd edək ki, musiqili kompozisiyada teatrın 55 aktyoru, Bakı Xoreoqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edəcək.

Mission News Theme by Compete Themes.