Press "Enter" to skip to content

Azərbaycan və Qazaxıstan hərbçilərinin görüşü

Xatirə şəkli

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Milli Müdafiə Universitetində “Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “Milli Müdafiə Universitetinin rektoru, general-leytenant, Prof. Heydər Piriyev Azərbaycanda səfərdə olan Qazaxıstanın Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi, general-mayor Jumabek Axmetov ilə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qazaxıstan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin tarixi, strukturu və təhsil səviyyəsinin təşkili haqqında brifinq təqdim olunub”.

Daha sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. İnstitutun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, polkovnik, Prof. Bəbir Quliyev mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib.

Sonda birgə xatirə fotosu çəkdirilib.

Mission News Theme by Compete Themes.