Son yeniləmə: 24 Oktyabr 2023 10:25
BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin “Heydər Əliyev ili” çərçivəsində təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə elan etdiyi “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə bildirilir ki, “noyabrın 3-də 16:00-da “Uşaqlıq duyğularımın rəngləri” şou–sərginin açılış mərasimi olacaq. Təqdim olunan əsərlər arasında insanı uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutur. Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaqkən çəkdiyi rəsmlərlə təmsil olunurlar. Sərgilənəcək əsərlər 31 oktyabradək XSM-nin ikinci mərtəbəsinə təhfil verilməlidir. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq”.
Bildirək ki, sərgiyə yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsərlərin fotosu ilə bərabər əsərin adı, soyad, ad, təvəllüd, peşə və əlaqə nömrəsini qeyd edərək Duygular2023@gmail.com ünvanına göndərməklə qatılıblar.