Son yeniləmə: 24 Oktyabr 2023 12:45
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Türkiyəyə səfər edəcək.
Kirim Haber Ajansının məlumatına görə, 25-26 oktyabr tarixlərində reallaşcaq səfərin ən mühüm gündəminin iki ölkə arasında ticarət həcminin artırılması olacağı bildirilib. Həmçinin qeyd olunub ki, iki liderin müzakirə edəcəyi digər məsələ Asiya ilə Avropa arasında yeni enerji transferi mənbəyi olan Türkmənistan qazı ilə bağlı olacaq.Digər tərəfdən, Xəzərin iki sahili arasında daşıma qabiliyyətinin artırılması və Çindən Avropaya 710 milyard dollarlıq ticarət həcmində Türkiyənin payı kimi məsələlərin də müzakirə ediləcəyi bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə keçirilən Hökumətlərarası Komissiyanın iclasında Türkiyə və Türkmənistan müxtəlif istiqamətlər üzrə 72 maddədən ibarət yol xəritəsini razılaşdırıblar.