Press "Enter" to skip to content

Türkiyəli professordan maraqlı təklif

Prof. Dr. Ramazan Taşdurmaz beynəlxalq konfransda çıxış edərkən

Son yeniləmə: 24 Oktyabr 2023 16:50

Prof. Dr. Ramazan Taşdurmaz: Bütün türk dövlətlərində CASCFEN tipli təşkilatları bir araya gətirmək, türk dünyasının vahid QHT platformasını məhz bu təşkilatların əməkdaşlığı bazasında qurmaq lazımdır

BAYRAQDAR MEDİA – “Öncəliklə belə bir gözəl, əhatəli və yaddaqalan beynəlxalq konfransın keçirilməsinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini və CASCFEN-nin rəhbərliyini təbrik edirəm. Eyni zamanda məni də bu gözəl tədbirə dəvət etdikləri üçün təşkilatın rəhbərliyinə minnətdarlıq edirəm. Bu beynəlxalq konfrans bir reallığı da ortaya qoydu ki, bir Qeyri-Hökumət Təşkilatı olaraq CASCFEN öz fəaliyyətində türk dünyasının birliyi, həmrəyliyi istiqamətində dövlət rəhbərləri tərəfindən həyata keçirilən siyasətə öz dəstəyini layiqincə göstərir”.

Bunu oktyabrın 19-da Bakıda keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfransın xüsusi qonağı, Türkiyənin tanınmış elm adamı, Prof. Dr. Ramazan Taşdurmaz deyib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqsəinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) tərəfindən keçirilən beynəlxalq konfransda türk dünyasından tanlnmış ziyalılar, ictimai-syasi xadimlər iştirak və çxış ediblər.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında R.Taşdurmaz bildirib ki, konfransın iştirakçıları çox yüksək səviyyəli insanlar idi: “Çıxışlarda müasir müstəqil Azərbaycanın qurulması və bu yolda cənab Heydər Əliyevin xidmətləri, misilsiz fəaliyyət xüsusi olaraq vurğulandı. Eyni zamanda, təbii ki, Heydər Əliyevin türk dünyasını birliyi üçün göstərdiyi fəaliyyətdən də geniş bəhs edildi. Vurğulandı ki, o fəaliyyət artıq günümüzdə bəhrəsini verməkdədir. Bu gün türk dünyası bir aradadır və gələcəyini özü müəyyən edir”.

Prof. Dr. Ramazan Taşdurmaz maraqlı bir təklif də səsləndirib: “Bütün bunların fonunda ona qayıdaq ki, dövlətləri bir-birinə bağlayan xalqların birliyi, həmrəyliyidir. Bu da danılmaz bir həqiqətdir ki, dövlətlərin siyasətini yerlərdə xalqlara çatdırmaqda, o cümlədən dünya arenasında sadə dildə geniş ictimaiyyətə təqdim etməkdə QHT-lərin, müxtəlif elmi və mədəni cəmiyyətlərin rolu əvəszidir. Bu baxımdan birmənalı olaraq qeyd edə bilərik ki, CASCFEN bəhs edilən istiqamətdə olduqca səmərəli və təqdirəlayiq fəaliyyət göstərir. Mən yaranmış imkandan istifadə edərək türk dövlətlərinin müvafiq rəsmi qurumlarına müraciət edirəm ki, CASCFEN tipli təşkilatların fəaliyyətini daha dərindən və geniş şəkildə dəstəklənməsi gələcəyimiz üçün vacibdir. Bu baxımdan dövlətlərin, müvafiq maliyyə qurumlarının bu tipli təşkilatlara daha geniş şəkildə maliyyə dəstəyi göstərməsi ümumi işimizin xeyrinə olar. Həmçinin, hesab edirəm ki, bütün türk dövlətlərində CASCFEN tipli təşkilatları bir araya gətirmək, türk dünyasının vahid QHT platformasını məhz bu təşkilatlarının əməkdaşlığı bazasında qurmaq lazımdır”.

Mission News Theme by Compete Themes.