Son yeniləmə: 24 Oktyabr 2023 13:37
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) bir qrup şəhid övladı üçün “Rəqəmsal bir gün” tədbiri təşkil olunub.
Nazirlikdən verilən məlumata görə, Mərkəzdə 30-dək şəhid uşağına DOST RİM-lə tanışlıq və iş prosesini izləmək imkanı yaradılıb: “Əməkdaşlar tərəfindən bir neçə işin icrası formal olaraq uşaqlara tapşırılıb və tapşırığı icra edənlər mükafatlandırılıb. Tədbir əyləncəli hissə ilə davam edib. Animatorların iştirakı ilə şəhid övladları üçün müxtəlif interaktiv oyunlar təşkil edilib, qaliblərə hədiyyələr verilib”.
Layihənin məqsədi şəhid övladlarının rəqəmsal, həmçinin çevik qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsi, motivasiyalarının artırılmasına dəstək olmaqdır.