Son yeniləmə: 24 Oktyabr 2023 11:52
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Bakı KOB evi”ndə olub.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, “KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov səfirə KOB evi konsepsiyası və üstünlükləri, vahid məkanda dövlət və özəl qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərin biznesin işini asanlaşdırması, KOB evləri ilə bağlı nəzərdə tutulan yeniliklər barədə məlumat verib”.
“Bakı KOB evi” ilə tanışlıq çərçivəsində həmçinin, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinə, ökəmizdə fəaliyyət göstərən Türkiyə şirkətləri ilə yerli KOB subyektlərinin əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.