Press "Enter" to skip to content

Qarşılıqlı səfərlər intensifləşdirilməldir

Prof. Dr. Ali Öztüren (solda) və Nadir Azəri

Son yeniləmə: 24 Oktyabr 2023 15:57

Prof. Dr. Ali Öztüren: Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi həm KKTC, həm də DAU üçün xüsusi önəm kəsb edir

BAYRAQDAR MEDİA – “Doğu Akdeniz Universiteti (DAU) Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ilk və tək dövlət universitetidir. DAU 1979-cu ildə qurulub və bu günə kimi təhsil sahəsində çoxsaylı uğurları ilə fərqlənib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında bu yaxınlarda Bakıda olan Doğu Akdeniz Universitetitnin Turizm fakultəsinin dekan yardımçısı Prof. Dr. Ali Öztüren deyib.

O, qeyd edib ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi həm KKTC, həm də DAU üçün xüsusi önəm kəsb edir: “Azərbaycan bizim qardaş ölkəmizdir. KKTC ilə Azərbaycan arasında bütün sahələrədə əlaqələrin inkişafı iki qardaş ölkənin və xalqın xeyrinə ola bilər. Təbii ki, bu sırada təhsil sahəsində əlaqələr də öndə gedir. Bu inkişaf isə qarşlıqlı səfərlərdən, ortaq layihələrin reallaşdırılmasından keçir. Buna görə də qarşılıqlı səfərlər, birgə layihələrin reallaşdırlıması intensifləşdirilməldir”.

Müsahibimiz deyib ki, Bakıya səfərdə də məqsəd həm universiteti, həm də KKTC-ni təhsil imkanlarını tanıtmaqdır: “Eyni zamanda, təhsillə bağlı Azərbaycan universitetləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarda da maraqlıyıq. Bununla bağlı təşəbbüc və təkliflər var. Konkret olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə yaxından əməkdaşlıq edirik. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa da bizim məzunumuzdur”.

Prof. Dr. Ali Öztüren bildirib ki, hazırda DUA-da 50-yı yaxın azərbaycanlı gənc təhsil alır: “Lakin hesab edirik ki, bu çox azdır. Onu da deyim ki, pandemiyaya qədər sayı daha çox idi. Pandemiya isə bu sahəyə də ciddi ziyan vurdu. Ümumiyyətlə, tez bir zamanda bu sayı ciddi surətdə artırmaq barədə düşünürük”.

Mission News Theme by Compete Themes.