Bu layihə iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirərək, var olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir
BAYRAQDAR MEDİA – Vətən uğrunda canından keçən şəhidlərin anaları Kayseri Universiteti rektorluğunun ev sahibliyində Türkiyənin Kayseri şəhərində səfərdədir. Səfər “Qardaş Ailə” layihəsi çərçivəsində TÜİB və Azərbaycan Müdafiə Naziriliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib. Bildirilib ki, oktaybrın 22-də Bakıdan yola düşən şəhid analarını səfərdə Müdafiə Naziriliyinin Şəxsi heyət baş idarəsinin şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova və TÜİB-in təhsil və mədəniyyət komissiysının sədri Ragıp Sarı müşaiyət edir.
Məlumata əsasən, səfər zamanı şəhid anaları Kayseri valisi Gökmen Çiçek tərəfindən qəbul edilib.
Ziyarət zamanı şəhid anaları qəhrəman oğullarının həyat hekayəsini bölüşüb, duyğu dolu anlar yaşanıb.
TÜİB-dən verilən məlumatda o da qeyd edilib ki, bu layihə iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirərək, var olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.