Son yeniləmə: 24 Oktyabr 2023 12:46
BAYRAQDAR MEDİA – Oktyabrın 25-də Bakıdakı 42 nömrəli tam orta məktəbdə “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, “BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, bəstəkar Faiq Sücəddinov olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, mütaliənin üstünlükləri, asudə vaxtın düzgün təşkil olunması, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.