BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli Prof. Cavad Heyətin müəllifi olduğu “Türk dilləri və ləhcələrinin tarixi” nəşri də yer tutur.
Kitabda XIX əsrdən etibarən Vilhelm Radlov, N.A.Baskakov, F.Zeynalov, Rəşid Rəhməti Arat və digər tədqiqatçı alimlər tərəfindən işlənmiş türk dillərinin sinifləndirmələri təkmilləşdirilib, etnik, coğrafi, tarixi xüsusiyyətlər nəzərə alınaraq daha mükəmməl və əhatəli şəkildə oxucuya təqdim olunub. Müəllifin xahişini nəzərə alaraq, əsərin dil və üslubuna toxunulmayıb, coğrafi adlar tarixilik və dünyəvilik prinsipi baxımından orijinalda olduğu kimi saxlanılıb.
Nəşrdə oğuz, qıpçaq, bulğar və ya bulğar-qıpçaq-oğuz, qarluq-uyğur (və ya şərq türkcəsi), uyğur-oğuz qrupları, çuvaş, yakut dili və s. haqda məlumat verilib.