BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin başçısı Osman Zolan və xanımı Berrin Zolan Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü çərçivəsində Ulu Öndər Qazi Mustafa Kemal Atatürkün məzarı yerləşən Anıtkabiri ziyarət ediblər.
Bələdiyyədən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, rəsmi ziyarət proqramında Osman Zolan və həyat yoldaşı Berrin Zolan, Dənizli Böyükşəhər Bələdiyyəsinin Məclis üzvləri və mahal bələdiyyə başçıları iştirak edib.
Denizli Böyükşəhər Bələdiyyəsi rəsmilərinin Aslanlar Yolu üzərində gedişi ilə başlayan ziyarətdə Osman Zolan Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün məqbərəsi önünə əklil qoyubvə Anıtkabir Xüsusi Kitabına duyğularını yazıb.
Xatirə kitabına yazılan fikirlər bu sözlərlə tamamlanıb: “100 illik yubileyini böyük qürur və şərəflə qeyd etdiyimiz Türkiyə Cümhuriyyətimizi bundan sonra da daha çox əsrlərə daşıyacağımıza, bizə əmanət etdiyiniz vətənimizi, bayrağımızı canımız bahasına qoruyacağımıza söz veririk. Zati-alilərinizin hüzurunda müstəqillik mübarizəmizin bütün qəhrəmanlarını, sevimli şəhidlərimizi və qəhrəman veteranlarımızı rəhmət, rəhmət və rəhmətlə yad edirik. Ruhunuz şad olsun”.