Prof. Dr. Ramazan Taşdurmaz: Azərbaycan və Türkiyə bu məsələdə çox ağıllı və soyuqqanlı siyasət həyata keçirməli, emosiyadan kənar addımlar atmalıdır
BAYRAQDAR MEDİA – “Bu gün dünyada bir-birindən gərgin və sürətli hadisələr baş verir. Orta Doğu yenidən qan gölünə çevrilib. İsrail-Fələstin qarşıdurması yenidən alovlanıb. Bu isə bəzi ölkələri, xüsusilə də Azərbaycanı və Türkiyəni kifayət qədər ehtiyatlı addımlar atmağa, ehtiyatlı davranmağa vadar edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özl açıqlamasında Türkiyənin tanınmış elm adamlarından biri, Prof. Dr. Ramazan Taşdurmaz deyib.
O, baş verənlərə görə ciddi şəkildə narahatlıq keçirdiyini qeyd edib: “Mən regionda baş verən son hadisələrə görə çox əndişələnirəm. Əgər Orta Doğudakı bu qarşıdurma davam edərsə bu, digər ətraf regionları da gərginliyə düçar edə bilər. Ona görə də çox diqqətli olmaq lazımdır. Bu gərginlik Azərbaycana da sıçraya bilər. Mən proseslərin arxasında dayanan ABŞ amilini nəzərdə tuturam. Çünki bu gün ABŞ təkcə İsrailə dəstək vermir, eyni zamanda Ermənistanı yeni müharibəyə sövq edir”.
Müsahibimiz vurğulayıb ki, bəhs edilənlər konteksində türk dünyasına, o cümlədən Azərbaycana qarşı çox geniş və çirkın projelər gündəmə gələ bilər: “Ona görə də Azərbaycan və Türkiyə bu məsələdə çox ağıllı və soyuqqanlı siyasət həyata keçirməli, emosiyadan kənar addımlar atmalıdır. Şükürlər olsun ki, bu günə kimi dediyim formatda addımlar atılır. Ümid edək ki, bu, belə də davam edəcək”.