Press "Enter" to skip to content

“Onlar bizə əmanət” layihəsi davam edir

"Onlar bizə əmanət" layihəsi indiyədək 111 şəhid övladını əhatə edib

Son yeniləmə: 23 Oktyabr 2023 14:09

BAYRAQDAR MEDİA – 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəman Həmidli Mikayıl Vüqar oğlunun Bakı şəhərində doğulan övladı Davudun zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə min manat vəsait ananın hesabına köçürülüb.

Bu barədə BAYRAQDAR MEİDA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək”.

Qeyd edilib ki, “Onlar bizə əmanət” layihəsi indiyədək 111 şəhid övladını əhatə edib.

Mission News Theme by Compete Themes.