Press "Enter" to skip to content

Komissiyanın növbəti iclası keçirilib

İclas zamanı

Son yeniləmə: 23 Oktyabr 2023 12:45

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda cari dövr ərzində görülmüş işlər barədə hesabatlar dinlənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bərpa olunan enerjinin inkişafı sahəsində əldə olunan nailiyyətlər və perspektivlərdən danışıb: “O bildirib ki, yaxın günlərdəregionunən böyük günəş elektrik stansiyası – “Qaradağ” GES istismara veriləcək. Həmçinin bildirilib ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası kimi inkişafı üzrə işlər davam etdirilir, müvafiq sahədə müntəzəm monitorinqlər aparılır. Naxçıvanın da ölkə başçısı tərəfindən yaşıl enerji zonası elan olunduğu qeyd edilərək, muxtar respublikada bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını da özündə ehtiva edən 2023-2027-ci illər üçünsosial-iqtisadi inkişafa dair dövlət proqramının icrasındandanışılıb. Eyni zamanda, yaşıl enerjinin Avropaya ixracı istiqamətində işlərin davam etdirildiyi bildirilib”.

İclasda bərpa olunan enerji layihələri üçün dənizdə ərazilərin ayrılması, imzalanması nəzərdə tutulan sənədlər, yeni güclərin şəbəkəyə inteqrasiyası və digər məsələlər müzakirə olunub: “Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji”ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Minatəmizləmə Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclas Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı növbəti addımların və vəzifələrin müzakirəsi ilə yekunlaşıb”.

Mission News Theme by Compete Themes.