Son yeniləmə: 23 Oktyabr 2023 11:00
BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Komediya və performans məktəbi üçün müraciətlərin qəbuluna başlanılıb.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “məktəb 15-99 yaş arası insanların ünsiyyət bacarıqlarını təkmilləşdirən və yumor hissini inkişaf etdirən, ən əsası isə peşəyə yiyələnmək imkanı yaradan bir təsisatdır. Tədris azərbaycan, ingilis və rus dillərində aparılacaq. Məktəbin məqsədi insanlara səhnədə öz potensiallarına çatmaqda kömək etməkdir. Təhsili başa vuran məzunlar təkcə peşəkar komediyaçı deyil, həm də aparıcı, aktyor, ictimai xadim və həmçinin ssenari müəllifi ola bilərlər. Məktəbin direktoru Teymur Kərimzadə komediya ustası, “stand-up” komediyaçısı, radio aparıcısı, Azərbaycanda Comedy Bazaar platformasının təsisçisidir”.
Daha sonra xəbərdə qeyd olunur ki, “məktəbin kreativ direktoru və təhsil üzrə rəhbəri Cavid Kurbanovdur. O, telekomik Semyon Slepakovla həmmüəllif, ssenari müəllifi , “Comedy Club” həmtəsisçisidir, televiziya məkanında vaxtilə məşhur “Proyektorparişilton” və “HB” şouların prodüseri və ssenari müəllifidir. Məktəbin bədii rəhbəri komediya aktyoru, rejissor, ssenari müəllifi, “Planeta Parni iz Baku” KVN teatrının üzvü Ələkbər Əliyevdir”.
Bildirək ki, qeydiyyat oktyabr ayının 30-na kimi davam edəcək. Kursa qatılmaq istəyən şəxslər keçidə daxil olub Komediya və performans məktəbi bölməsindən qeydiyyat üçün müraciət edə bilər.