Press "Enter" to skip to content

Gürcüstan 3+3 formatından yenə də imtina etdi

Gürcüstan bayrağı

BAYRAQDAR MEDİA – Oktyabrın 23-də Tehranda keçiriləcək 3+3 formatında xarici işlər nazirlərinin görüşündə Gürcüstan iştirak etməyəcək.

Bu haqda xəbəri Gürcüstan mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadla yayıb.

Xəbərdə deyilir ki, 2021-ci ildə Moskvada keçirilmiş eyni formatlı görüşdə də Gürcüstan iştirak etməyib.

Qeyd edək ki, üç Güney Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı qonşu dövlətlər – qardaş Türkiyə, İran və Rusiyanın iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüşün məqsədi bölgədə qarşılıqlı anlaşma mühitinin dərinləşdirilməsidir. Lakin Gürcüstan torpaqlarının bir hissəsini (Abxaziya və Güney Osetiya) işğal etmiş Rusiya ilə hər hansı formatda müzakirələr aparmayacağını davamlı şəkildə bəyan edir.

Gürcüstanın Rusiyadan tələbi Abxaziya və Güney Osetiyadan çəkilərək bu torpaqların əsl sahibini tanımasıdır. Rusiya isə adı keçən Gürcüstan bölgələrini “müstəqil dövlət” kimi tanıyaraq orada öz hərbi hissələrini yerləşdirib. Belə bir şəraitdə Gürcüstanın bu formatda iştirakdan imtinasından təbii bir şey yoxdur.

Mission News Theme by Compete Themes.