Son yeniləmə: 23 Oktyabr 2023 11:47
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar bu yaxınlarda Azərbaycana etdiyi rəsmi səfəri əlamətdar hadisə kimi dəyərləndirib.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, E.Tatar Qarabağ qələbəsindən sonra 200 nəfərlik nümayəndə heyəti ilə rəsmi dəvətlə Azərbaycana getməyin vacibliyini vurğulayıb.O , həm özünə, həm də onu müşayiət edən nümayəndə heyətinə olan maraq və qonaqpərvərliyin ən yüksək protokol səviyyəsində olduğunu bildirib.
E.Tatar Azərbaycan Prezidenti İlham Əliyevin “KKTC-nin tanınmasına doğru daha da irəliləmək üçün Türk Birliyi və Türkiyə Cümhuriyyəti ilə birlikdə mübarizəmizi davam etdirəcəyik” deməsinin çox vacib olduğunu ifadə edərək, görüşün çox səmimi bir şəkildə keçdiyinə diqqət çəkib.
Görüşdə Prezident İlham Əliyevi 20 iyul 2024-cü ildə keçiriləcək Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü tədbirlərinə dəvət etdiyini bildirən E.Tatar “inşallah gələrik” cavabını aldığını deyib.