Son yeniləmə: 23 Oktyabr 2023 15:41
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib.
Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, onlardan 18,2 mininə ilkin, 18,7 mininə təkrar əlillik təyinatı aparılıb: “Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub. Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib”.