Press "Enter" to skip to content

Şirvan şəhərində ictimai dinləmə keçirilib

İctimai dinləmə zamanı

Son yeniləmə: 20 Oktyabr 2023 12:08

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Şirvan şəhərində ictimai dinləmə keçirilib.

Nazirlikdən bildirilib ki, tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyalara aid insanları layihəyə cəlb etmək məqsədi daşıyıb.

İşaxtaran və işsiz şəxslərin iştirak etdiyi tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə bununla bağlı müvafiq tövsiyələr verilib.

Mission News Theme by Compete Themes.