BAYRAQDAR MEDİA – Qazaxıstan dünyada Blockchain mühəndisliyi üzrə təlim proqramına başlayan və ekspertlər hazırlayan ilk dövlət oldu. Qazaxıstanın EL.KZ İnformasiya Agentliyinin 19 verdiyi xəbərdə belə deyilir.
Kirim Haber Ajansının məlumatında qeyd edilir ki, 2022-ci ildə Qazaxıstanda başladılan Qlobal Universitetlərə Yardım Proqramı ilə Blockchain əsaslı təhsil proqramı ölkə üzrə 22 universitetin akademik kurslarına inteqrasiya edilib.
Həmçinin bildirilib ki, bir il ərzində Blockchain Engineering üzrə təlim proqramlarına başlayan universitetlərdə 300-dən çox müəllim hazırlanıb. Bildirilib ki, 4 min qazaxıstanlı tələbə bu ilin payızında Blockchain təhsili almağa başlayıb.
Digər tərəfdən, Qazaxıstanın başlatdığı bu təhsil proqramı sayəsində 2026-cı ilə qədər 1 milyondan çox tələbənin təhsil alması gözlənilir.