BAYRAQDAR MEDİA – Uzun illər Quzey Makedoniyada Türk Dili və Ədəbiyyatı sahəsində müəllim kimi çalışmış Prof. Dr. Fadıl Hocaya Cümhuriyyətin 100-cü ili ilə əlaqədar Xüsusi Türk Dilinə Xidmət Mükafatı təqdim olunub.
Yeni Balkan xəbər verir ki, Beynəlxalq Vizyon Universitetinin Qurucu rektoru vəzifəsini də icra edən professor uzun illər səmərəli fəaliyyətinə görə bu mükafatı alıb. Ona mülafat 15-ci Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda təqdim edilib.