Press "Enter" to skip to content

Noyabrda ardıcıl 5 gün istirahət edəcəyik

Nazirlər Kabineti

BAYRAQDAR MEDİA – Nazirlər Kabineti noyabrın iş və istirahət günlərində dəyişiklik edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya oktyabrın 20-də NK-dən verilib.

Xəbərdə deyilir ki, Baş nazir Əli Əsədov müvafiq qanunu rəhbər tutaraq 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerinin dəyişdirilməsi barədə Qərar imzalayıb.

Beləliklə, həftənin Cümə gününə düşən 10 noyabrın iş günü Şənbə – 4 noyabra keçirildikdən sonra 8 Noyabr Zəfər Günü, 9 Noyabr Azərbaycan Bayrağı Günü, yeri dəyişdirilmiş 10 noyabr və ardından da həftənin son günləri – 11-12 noyabr olmaqla 5 gün ardıcıl istirahət günləri olacaq.

Mission News Theme by Compete Themes.