Press "Enter" to skip to content

“Gəncə tarixinin aktual problemləri” adlı konfrans keçirilib

MEK heyəti Gəncədə

BAYRAQDAR MEDİA – Oktyabrın 17-18 tarixlərində Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə “Gəncə tarixinin aktual problemləri” adlı respublika elmi-praktik konfransı keçirilib. Konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova da iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “AMEA-nın Gəncə bölməsi tərəfindən təşkil edilən konfransa paytaxtın bir sıra elmi-tədqiqat və təhsil müəssisələrinin əməkdaşları Gəncənin tarixi ilə bağlı müxtəlif mövzulu elmi məqalələrlə qatılıblar. Konfransda Ş.Tahirqızının “Gəncədə nəşr olunan elmi jurnallar”, G.Məmmədova və O.Yunusovanın “AMEA Mərkəzi Elmi Kitabxanasında Gəncə elmi-ədəbi mühitinə aid qorunan nəşrlər”, S.Məmmədovanın “XI-XII əsrlərdə Gəncə şəhərində kitab və kitabxana mədəniyyəti” adlı mövzularda məruzələri dinlənilib. Təqdim olunan məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb olub”.

Qeyd edək ki, mövzu üzrə sayca beşinci olan konfransın keçirilməsində əsas məqsəd Gəncənin antik dövr tarixini, arxeologiya və etnoqrafiyasını, Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətini, həmçinin müasir mərhələdə davamlı inkişafının öyrənilməsinin araşdırılmasıdır.

Mission News Theme by Compete Themes.