Press "Enter" to skip to content

Qənirə Paşayevanın “Addım-addım Türkiyə”sinin qısa hekayəti – VİDEO

Qənirə Paşayeva çəkiliş zamanı

BAYRAQDAR MEDİA – Artıq bir müddətdir ki, AzTV-də Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri, tanınmış jurnalist və ən əsası da türk dünyasının ortaq səsi, mərhum Qənirə Paşayevanın sənədli filminin anonsu keçir. Çoxhissəli film qardaş Türkiyənin müxtəlif bölgələrini özündə ehtiva etməklə “Addım-addım Türkiyə” adlanır.

Maraqlıdır, o qədər məşğul bir insan vaxt edib belə bir filmi necə işləyə bilib? Ümumiyyətlə, Qənirə Paşayevada bu filmin ideyası necə meydana çıxıb?

Bu suallarımıza filmin rejissoru, Qənirə xanımın yol yoldaşı Elnurə Kazımova cavab verib.

Elnurə xanım BAYRAQDAR MEDİA-ya bildirib ki, ilk olaraq film çəkmək deyil, qardaş Türkiyənin 100 illiyi ilə bağlı kitab yazmaq ideyası olub. Onlar birlikdə Türkiyənin bölgələrini gəzərək bilgi toplarkən anidən düşünüblər ki, niyə də sənədli film çəkməyək?

Həmsöhbətimiz deyir ki, bu fikirlə də gəzdikcə material toplamağa, çəkilişlər aparmağa başlayıblar. Təxminən 3 ay ərzində qardaş ölkənin 81 vilayətindən 65-ni gəzə biliblər. Zəlzələ bölgələri xaric yerdə qalan 57 vilayətdə çəkilişlər edilib. Digər vilayətləri də daha sonra gəzib yarım qalan işi tamamlamağı düşünsələr də ömür vəfa etməyib, Qənirə xanım sentyabrın 23-də məlum vəziyyətlə üzləşib, ardından da əbədiyyətə yürüyüb. Halbuki yaşasaydı Türkiyənin bütün bölgələrini özündə ehtiva edən bir sənədli filmlər silsiləsi yaranacaqdı.

Operator Sərvər Kamranlı, Elnurə Kazımova və Qənirə Paşayeva
Operator Sərvər Kamranlı, Elnurə Kazımova və Qənirə Paşayeva

Elnurə xanım onu da bildirir ki, filmlərin AzTV-də yayımlanması nəzərdə tutulurmuş. Qənirə xanımın vəfatından sonra da məsələ müzakirə edilib, ilk filmin onun dünyasını dəyişməsinin 40-cı gününə təsadüf edən 7 noyabrda yayımlanması planlaşdırılır.

Filmdə nələr var, nələrə diqqət çəkilir, əlbəttə bütün bunları biz onu gördükdən sonra öyrənə biləcəyik.

Mission News Theme by Compete Themes.