BAYRAQDAR MEDİA – Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 19-da keçirilən hökumət iclasında bildirib ki, 3 mindən çox Qarabağ ermənisi daha sonra Ermənistanı da tərk edib.
Bu haqda xəbəri Ermənistan mediası yayıb.
Baş nazir daha sonra deyib ki, o, Qarabağ ermənilərini Ermənistanda qalmağa çağırır. N.Paşinyan başçılıq etdiyi hökumətin bütün qaçqın ermənilərin qayğılarını üzərinə götürəcəyini deyib.
N.Paşinyan həmçinin qeyd edib ki, qaçqın ermənilər Qarabağa qayıtmaq fikrindən vaz keçərsə, Ermənistan hökuməti onları hər cür təmin etməyə hazırdır.
“Bizim siyasətimiz onların Ermənistanda qalması üçün mümkün olan hər şeyi etməkdir”, – deyə Baş nazir bildirib.