Press "Enter" to skip to content

Sahibkar birlikləri və assosiasiyaları ilə əməkdaşlıq genişlənir

BAYRAQDAR MEDİA – Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə islahatlar aparılır. Bu islahatlar arasında əlverişli biznes mühitinin yaradılması, dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması və özəl sektorun rəqabətqabiliyyətinin təşviqi prioritetlər kimi müəyyən edilib. Bu baxımdan biznes təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsi, onların rəy və təkliflərinin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, ölkə rəhbərliyinin çıxışlarında daima ictimai nəzarətin önəmi vurğulanır.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “dövlətin iqtisadi inkişaf hədəflərinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ictimai iştirakçılığın təmin edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıya çevrilən vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanmasına və həyata keçirilməsinə öz töhfələrini verməkdə davam edir”.

Mission News Theme by Compete Themes.