Son yeniləmə: 18 Oktyabr 2023 13:37
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin direktoru xanım Kəndis Makdeyqan ilə görüş olub.
Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən dövrdə Nazirlik və AİB arasında uğurlu əməkdaşlıq təcrübəsinin yarandığını bildirib: “Nazir Təşkilatın 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası”, habelə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində aparılmış birgə işlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, DOST Konsepsiyası, aktiv məşğulluq proqramları, həssas qrupların rifahına yönəlik sosial müdafiə tədbirləri barədə məlumat verilib”.
K.Makdeyqan əmək, məşğulluq və sosial müdafiə sahələrində islahatlar prosesində əməkdaşlığın davam etdirilməsinin önəmini diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq sahələrinədair fikir mübadiləsi aparılıb.