Son yeniləmə: 18 Oktyabr 2023 10:17
BAYRAQDAR MEDİA – Almatıda “Uly Dala Oyindarı” festivalı keçirilib. 500-dən çox iştirakçı “Kökpar”, “Audarıspak”, “Tenge ilu”, “Jambı atu”, “Asık atu”, “Toqızqumalak”, “Qazax mübarizəsi” və “Baige” kimi idman növləri üzrə mübarizə aparıb.
Kazinform xəbər verir ki, ümumi mükafat fondu 5 milyon tenge təşkil edib.
Məlumata görə, “Kunan Bayq” yarışında Jambil rayonundan olan Jolşıbek Madi birinci, Almatı vilayətinin atlıları Bekzat Dildahan və Sembek Mukaqali ikinci və üçüncü yerləri tutublar: “Birinci yer üçün mükafat fondu 1 milyon tenge, 2-ci yer üçün 500 min tenge və 3-cü yer üçün 250 min tenge olub.
“Alaman Bayq” yarşında birinci yerə Almatıdan olan atlı Aisultan Sagymbek, ikinci yerə Jambil vilayətindən Asıljan Tolegen, üçüncü yerə Almatı vilayətindən İnsar Sarmambet layiq görülüb. Mükafat fondu 1-ci yer üçün 1 milyon 500 min tenge, 2-ci yer üçün 600 min və 3-cü yer üçün 400 min tengedir.
Bundan əlavə, sənətkarlıq yarmarkası, qol güləşi, çəki qaldırma və “Toqızqumalək” turnirləri keçirilib.