Press "Enter" to skip to content

Tarif Şurası yol üçün ödənişin məbləğini müəyyən edib

Avtomobil yolları

BAYRAQDAR MEDİA – Tarif Şurası Oktyabrın 17-də M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan istifadənin qiymətlərinin müəyyən edildiyi haqqında xəbər yayıb.

Qurumun yaydığı xəbərdə deyilir ki, məsələ Şuranın eyni gündə keçirilən iclasında həll edilib.

Beləliklə qeyd edilir ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə

-minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat);
-kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat);
-avtobuslar üzrə 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat);
-qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üzrə 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

“Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.