Press "Enter" to skip to content

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı açıqlama

Səhiyyə Nazirliyi

BAYRAQDAR MEDİA – Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib. Nəticə olaraq, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur. Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib. Məlumdur ki, istənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir. Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir”.

Daha sonra xəbərdə deyilir ki, “uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.

Mission News Theme by Compete Themes.