Son yeniləmə: 17 Oktyabr 2023 09:29
BAYRAQDAR MEDİA – Oktyabrın 4-dən 13-dək Cənubi Koreyada 28-ci Busan Beynəlxalq Film Festivalı keçirilib. Festivalda qırğızıstanlı rejissor Mirlan Abdıkalıkovun çəkdiyi “Qız Ala Kaçuu” (“Gəlin oğurlanması”) qalib elan edilib və baş mükafatı alıb.
Veçernıy Bişkek xəbər verir ki, Qırğızıstan filmindən əlavə, bu müsabiqə bölməsinə Yaponiya, Çin, İndoneziya, Banqladeş, Cənubi Koreya, Tailand, Şri-Lanka və Filippin filmləri, ümumilikdə 10 film daxil idi.
Qalib filmin çəkilişləri Bişkekdə yeni tikililərdə aparılıb.