Son yeniləmə: 17 Oktyabr 2023 13:26
BAYRAQDAR MEDİA – Bolqarıstan Prezidenti Rumen Radev “Kənd təsərrüfatı torpaqlarının mühafizəsi haqqında” Qanunda edilən və qəbul etmədiyi dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “dəyişikliklər bərpa olunan enerji mənbələri obyektlərinin əkin üçün yararlı kənd təsərrüfatı torpaqlarında yerləşdirilməsi ilə bağlı demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırır. Bu da yüksək keyfiyyətli kənd təsərrüfatı torpaqlarında və otlaq sahələrində külək, günəş, su elektrik, geotermal və ya enerji də daxil olmaqla bütün növ enerji istehsalı obyektlərinin nəzarətsiz tikintisinə imkan verəcək. Prezidentin sözlərinə görə, bu, torpağın əsas milli sərvət olduğunu və əkin sahələrinin yalnız kənd təsərrüfatı ehtiyacları üçün istifadə edildiyini qeyd edən Konstitusiyaya ziddir”.