Press "Enter" to skip to content

İranda azərbaycanlılara qarşı ayrı-seçkilik BMT hesabatında

Azər Həsrət və Caveyd Rehman

BAYRAQDAR MEDİA – BMT-nin İran üzrə xüsusi məruzəçisi 7 oktyabr 2023-cü il tarixində İnsan Haqları Şurasına təqdim etdiyi məruzəsində ƏRK – Azərbaycan İnsan Haqları Komitəsinin hesabatlarına istinadla İranda azərbaycanlılara qarşı ayrı-seçkilikdən narahatlığını bildirib.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilir ki, xüsusi məruzəçi Caveyd Rehman qeyd edib ki, İranda etnik (milli) və dini azlıqlara qarşı ayrı-seçkilik narahatlıq doğurur. O, həbsə atılan milli və dini azlıqların nümayəndələrinə qarşı zorakılıq, təzyiq, qətl və edamların davam etdiyini, azərbaycanlıların davamlı olaraq təqib edildiyini və ayrı-seçkilik hədəfinə çevrildiyini diqqətə çatdırıb.

C.Rehman xəbərdarlıq edir ki, milli, etnik və dini azlıqlar öz ana dilini müdafiə etmək, ekologiyanın məhv edilməsi siyasətinə qarşı kampaniya aparmaq üçün dinc nümayişlər keçirmək, yaxud iştirak etmək kimi dinc fəaliyyətlərinə görə daha çox özbaşına saxlanılır və tutulur, yaxud sırf mədəni tədbirlərə qatıldıqlarına görə həbsə atılırlar.

Qeyd edək ki, bu ilin martında İsveçrənin Cenevrə şəhərində keçirilmiş BMT İnsan Haqları Şurasının 52-ci sessiyasında iştirak edən BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət öz çıxışlarında bu məsələyə diqqət çəkmişdi. O, qeyd etmişdi ki, İranda insan haqlarından danışanlar nəyə görəsə həmin ölkədəki rejimin azərbaycanlıları daimi basqı altında saxlamasını hesabatlara və çıxışlara əlavə etmir. Azər Həsrət xüsusi məruzəçi Caveyd Rehmana da bu yöndə fikrini şəxsən çatdırmışdı. Belə görünür ki, tənqiddən nəticə çıxarılıb və Güney Azərbaycan türkləri ilə bağlı məsələ də hesabata salınıb. Yaxşı gəlişmədir əlbəttə.

21 mart: Cenevrədən günün hesabatı – VİDEO

Mission News Theme by Compete Themes.