Press "Enter" to skip to content

Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olunur

Füzuli Şəhəri Günü tədbiri

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncamla Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilir”.

Mission News Theme by Compete Themes.