Son yeniləmə: 17 Oktyabr 2023 12:28
BAYRAQDAR MEDİA – Tacikistanın Buston şəhərində Kamçıbek Taşiyevin rəhbərliyi ilə Qırğızıstanın və Saimumin Yatimovun rəhbərliyi ilə Tacikistanın hökumət nümayəndə heyətlərinin Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti iclası keçirilib.
Prezidentin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəliyindən bulak.kg saytına verilən məlumata görə, görüş Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emoməli Rahmonun gösətirşi əsasında keçirilib.
Görüş zamanı nümayəndə heyətlərinin başçıları Qırğızıstan-Tacikistan dövlət sərhədinin layihə xəttinin qalan hissələrdə keçidinin təsviri ilə bağlı sazişlərin tərəflər arasında icrasının gedişindən məmnunluq ifadə ediblər.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.