Press "Enter" to skip to content

Türk İHA-ların Qazaxıstanda istehsalına 2024-cü ildə başlanılacaq

Türkiyənin ANKA pilotsuz təyyarələri

Son yeniləmə: 16 Oktyabr 2023 10:14

BAYRAQDAR MEDİA – Türkiyənin ANKA pilotsuz təyyarələrinin Qazaxıstanda istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.

El.kz bildirir ki, bu barədə Türkiyə Aerokosmik İHA “ANKA”nın İHA proqramının inkişafı üzrə meneceri Erol Oğuz məlumat verib.

Onun sözlərinə görə, hazırda investisiyanın həcmi ilə bağlı məsələ üzərində iş aparılır.

“Məqsədimiz təkcə istehsal deyil, gələcəkdə Qazaxıstanın müstəqil şəkildə pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün təcrübə və texnologiya ötürməkdir”, – deyə E.Oğuz əlavə edib.

Mission News Theme by Compete Themes.