Gülnur Sadıkoğlu: Məqsədimiz KKTC-də istehsal olunan, həmçinin ev üslü ilə hazırlanan məhsulları qardaş Azərbaycana tanıtmaqdır
BAYRAQDAR MEDİA – “Bu tarixi günlərdə qardaş Azərbaycanda olmaq bizim üçün ayrı bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, bu tarixə şahidlik edirik. Eyni zamanda bizi çox mehriban, çox isti qarşılayan Azərbaycan xalqına təşəkkür edirik. Burada özümüzü vətənimizdəki kimi hiss edirik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-də faəliyyət göstərən Kıbrıs Türk Girişimçi Qadınlar Dərnəyinin (GİKAD) üzvü, GİKAD koopetavinin İdarə Heyətinin üzvü Gülnur Sadıkoğlu deyib.
O, qeyd edib ki, Bakıdakı sərgiyə GİKAD üzvü olan yüzə yaxın Kıbrıs türk qadınının əl əməyini gətiriblər: “Bu məhsulllar arasında ev makaronu, Tarhana, incə əli işi olan toxunma məhsullar, ipəkdən hazırlanmış əl işləri, evdə hazırlanmış mürəbbə və ətirlər, zeytun yağları, türkəcarə məhsulları var. Sərgidə bizim stendlərə böyük maraq gördük. Məqsədimiz KKTC-də istehsal olunan, həmçinin ev üslü ilə hazırlanan məhsulları qardaş Azərbaycana tanıtmaq, burada əməkdaşlıqlar qurmaqdır”.
Konkret olaraq təmisl olunduğun quruma gəlincə, Gülnur Sadıkoğlu “əsas məqsədimiz KKTC qadınlarının sosial həyatda fəal rol oynamasına, onların önə çıxmasına yardım etməkdir. Yəni GİKAD KKTC-dəki qadınların iqtisadiyyat, sənət, siyasət, idman, elm sahəsində sadəcə sıradan bir iştirakçısı kimi fəaliyyət göstərməsi deyil, onların sahibkar, lider kimi formalaşmasına yardım etmək üçün yaradılıb. Onu da qeyd edim ki, biz təkcə üzvümüz olanların deyil, ümumilkdə KKTC qadınlarının uğur əldə etməsinə dəstək üçün yola çıxmış bir dərnəyik” deyib.