BAYRAQDAR MEDİA – NATO 24 sentyabr 2023-cü ildən bəri Kosovonun quzeyində Serbiya ilə gərginliyə görə hərəkətə keçib.
Kirim Haber Ajansının məlumatına görə, NATO-nun Kosovo Sülh Qüvvələrinə (KFOR) hərbi dəstək üçün Rumıniyadan əlavə 130 əsgər göndərilib: “NATO-nun verdiyi açıqlamada əsgərlərin Kosovoya çatdığı bildirilib. Açıqlamada, əlavə əsgərlərin NATO-nun Avropadakı Müttəfiq Ali Baş Komandanının tələbi və Şimali Atlantika Şurasındakı müttəfiqlərin razılığı ilə göndərildiyi bildirilib”.
2023-cü il oktyabrın 10-da Türkiyə tərəfindən təhvil alınan KFOR Komandanlığı 1999-cu il iyunun 12-dən etibarən bölgədə təhlükəsizlik və sabitliyi qoruyur.