Son yeniləmə: 16 Oktyabr 2023 17:58
BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ay ərzində respublikada36,1 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindın məlumat verilib.
Bildirilib ki, “qazın 9,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 19,7 milyard kubmetri “Şahdəniz”dən, 0,4 milyard kubmetri “Abşeron”dan, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,3 milyard kubmetr qaz nəql olunub”.
Məlumata əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 213 milyard kubmetr, “Şahdəniz”dən isə 202,5 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetriixraca nəql edilib: “2023-cü ilin yanvar-sentyabr ayları üzrəölkədə 22,7milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 13,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 140min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib. Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,7 milyon tonu konsorsiumun, 2,3milyontonuisə SOCAR-ınpayına düşür. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01oktyabr2023-cü il tarixinədək623,9 milyon tonneft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən580,4milyon ton neft, “Şahdəniz”dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan01oktyabr2023-cü il tarixinədək 622 milyon tonuixraca nəql edilib. 2023-cü ilin yanvar- sentyabr ayları üzrəölkədə neftin emalı 4,9 milyon ton təşkil edib”.