Press "Enter" to skip to content

“Oğul” sənədli filminin nümayişi olacaq

Oğul

BAYRAQDAR MEDİA – Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” kitab mağazalar şəbəkəsinin və TEAS Press Nəşriyyat evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçiriləcək.

Bu haqda sözügedən Fondun yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “üç il ərzində ərsəyə gətirilən bu film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli filmi rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb”.

Qeyd edək ki, film saat 19:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.