BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablardan biri də şair, publisist Mətanət Duyğulunun “Şanlı tarixin yolçuları – Naxçıvan şəhidləri” kitabıdır.
Kitabın annotasiyasında bildirilir ki, imzasını illərin və oxucu sevgisinin təsdiqindən keçirən M.Duyğulu əsl vətənpərvər bir şairdir. Həm nəsrlə, həm nəzmlə yazılmış bu kitab onun bir illik gərgin əməyinin bəhrəsidir.
Müəllifin sayca “Kərki-talan yurdum” (publisistika), “Səssiz fəryad” (povest) və “Vətən daşı”, “Bu sevdanın adı nə”, “Payızda gələn bahar”, “Nağıl dünyam” şeirlər kitabından sonra 7-ci nəşri olan “Şanlı tarixin yolçuları” adlı bu əsərində 2-ci Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olan 147 Naxçıvanlı şəhidin həyat və döyüş yolu qələmə alınıb. Salnamə xarakterli bu tarixi əsərdə Azərbaycan fatehlərinin keçdiyi əzablı yolların tarixi xronologiyası gələcək nəsillər üçün çox vacib bir istinad hədəfi olacaq.
Qeyd edək ki, nəşrin redaktoru Zemfira Ziyadqızıdır.